Mərkəzimizin səkkiz igid oğlu üçün Minnətdarlıq tədbiri keçirildi.

Bakı Sağlamlıq Mərkəzində bu gün mərkəzimizin səkkiz igid oğlu üçün Minnətdarlıq tədbiri keçirildi. Mərkəzimizin İcraçı direktoru Asiman Həsənov tədbirin açılışını edərək İkinci Qarabağ Müharibəsi iştirakçıları olan, cəbhədə qəhrəmancasına vuruşan, torpaqlarımızın azad olunmasında faəllıq göstərən Bakı Sağlamlıq Mərəzinin səkkiz qəhrəman övladını vətənə layiqli xidmətlərinə görə təbrik edib, onlarla qürur duyduğunu dilə gətirdi. Asiman Həsənov bildirdi ki, Bakı Sağlamlıq Mərkəzi, mərkəzin həkim heyəti və mərkəzin kollektivi də müharibədə arxa cəbhədə iştirak etmişlər. Həkimlərimiz və əməkdaşlarımız müharibə başlayan gündən etibarən könüllü olaraq əllərindən gələni etmək üçün can atmışlar. Tədbirdə mərkəzimzin həkimləri və əməkdaşları səkkiz igid oğullarımıza xoş sözlərini və arzularını dilə gətirdilər. Sonda Asiman Həsənov tədbir səbəbkarlarına Bakı Sağlamlıq Mərkəzi kollektivi adından təltifnamə və hədiyyələr təqdim etdi.

Diqər xəbərlər